16 C
Baku
Friday, April 19, 2024

Facebook “qonşular üçün” yeni sosial şəbəkə işə saldı – “Neighborhoods”

“Facebook” bir ərazidə yaşayan insanlar üçün yeni “Neighborhoods” şəbəkəsini işə salıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“İndi insanlar lokal qruplara qoşulmağa hərzamankindən daha çox meyllidirlər və bu məqsədə çatmaq üçün əsasən “Facebook”dan istifadə edirlər. Biz isə bu prosesi asanlaşdırmaq üçün “qonşular arasında ünsiyyət qurmağa” imkan verən funksiyanın sınaqlarına başladıq”, – şirkətin nümayəndəsi bildirib.

Bildirildiyi kimi, yenilik “Facebook” tətbiqində əsas menyuda görünəcək və bu xidmətə kifayət edəcək qədər istifadəçi olduğu yerlərdə qoşulmaq mümkün olacaq. Burada vacib məqamlardan biri, istifadəçinin geolokasiyanı təsdiq etməli olmasıdır. Əlbəttə ki, bu, “Facebook” üçün reklam vasitəsilə əldə olunan əlavə gəlir mənbəyi olacaq.

Son xəbərlər
Digər xəbərlər