13 C
Baku
Monday, September 30, 2024

“Facebook” qruplarla işləmək üçün yeni alətlər təqdim etdi

“Facebook” sosial şəbəkəsindəki qrupların auditoriyası 2014-cü ildən (500 milyon nəfər) bu yana 1,8 milyard nəfərədək artıb. Beləliklə, bu qruplar hədəf auditoriyanı toplamaq və insanları maraqlarına görə bir araya gətirmək üçün ən əlverişli məkana çevrilmiş olub.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Oktyabrda keçirilən “Community Summit” tədbirində şirkətin rəhbərliyi qruplarla işləmək üçün yeni alətlər təqdim edib:

1. “Admin Assist” bölməsində özündə müəyyən açar sözləri ehtiva edən paylaşımları avtomatik olaraq rədd etmək mümkün olacaq. Bu, spam və uyğun olmayan reklamları filtrləməyə imkan verəcək.

2. Admin “Brand Collabs Manager” vasitəsi ilə qrupun auditoriyasından istifadə edərək qanuni olaraq pul qazana biləcəklər.

3. Sürətli ünsiyyət üçün “Group chats” funksiyası geri qaytarılacaq.

4. İlk dəfə olaraq, “Facebook”a “Prompts” aləti əlavə ediləcək. Bu alət istifadəçinin kontentini birbaşa qrupda aktivləşdirməyə imkan verəcək. Admin və ya qrupun digər hər hansısa üzvü istənilən iştirakçını foto paylaşmağa dəvət edə biləcək, artıq bunu rəy bölməsində etməli olmayacaqsınız.

5. Yeni “Ask me a question” (qrup iştirakçısına sual ver) aləti əlavə ediləcək.

6. Və nəhayət, qrup iştirakçıları ayrı-ayrı qruplar üçün fərqli profil şəkillərindən istifadə edə biləcəklər.

Son xəbərlər
Digər xəbərlər