18 C
Baku
Sunday, September 29, 2024

Facebook rəqəmsal avatarlar xidməti istifadəyə veriləcək

Facebookun rəhbəri Mark Zukerberq şirkəti tərəfindən canlı rəqəmsal avatarların yaradılacağını bildirib.

Göz hərəkətlərini və üz ifadələrini izləyə biləcək virtual reallıq (VR) qulaqlıqlarda görünəcək. Qulaqlıqdakı funksiyalar sayəsində real cizgini avatara çevirmək mümkün olacaq. Zukerberq şirkətin mütəxəssislərinin hazırda “cihaza daha çox sayğac yığmaq” üçün çalışdıqlarını söyləyib. “Birinizlə əsl göz təması qurmağa və həqiqi duyğuları göstərməyə imkan verən özünüzə aid real avatarlarınızın olmasını çox istərdim”, – deyə Zukerberq qeyd edib.

Facebook yeni avatar nəslini bu il təqdim etmək niyyətindədir.

Eyni zamanda, şirkət 2022-ci ildə “ağıllı” eynək buraxmaq istəyir.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər