13 C
Baku
Saturday, November 16, 2024

“Facebook” şəbəkə daxilində onlayn mağazalar yaratmaq üçün “Shops” xidmətini təqdim etdi

“Facebook” pandemiya dövründə kiçik biznesə dəstək olmaq üçün yeni “Shops” xidmətini təqdim edib. Bu xidmət şirkətlərə sosial şəbəkə daxilində onlayn alış-veriş üçün mağaza yaratmaq imkanını verir. Qeyd edildiyi kimi, bu xidmət pulsuzdur və olduqca sadədir. 

Şirkətlər “Facebook Shops” xidmətini “Facebook” və ya “Instagram” ın biznes profilində tapa biləcəklər (“Reklam” və ya “Hekayələr” bölümündə). Oradan istifadəçilər məhsul kataloquna girib istədikləri məhsulları sifariş edə bilərlər. 

Alıcılar şirkət ilə “Messenger”, “WhatsApp” və ya ” Instagram” vasitəsilə əlaqə saxlaya bilərlər. 

Qeyd edildiyi kimi, “Shops” xidməti yaxın aylarda bütün istifadəçilər üçün əlçatan olacaq. 

Yeniliyin əsas məqsədi alış-verişi daha rahat etmək, habelə onlayn satışlar sahəsində şirkətlərə dəstək olmaqdır. Gələcəkdə “Facebook” bu aləti həmçinin “WhatsApp” və ” Instagram” a əlavə etməyi planlaşdırır. 

Son xəbərlər
Digər xəbərlər