13 C
Baku
Monday, September 30, 2024

“Facebook” şəkillərin müəllif hüququnu qorumağa imkan verən alət təqdim edib

“Facebook” istifadəçilərin sosial şəbəkədə və “Instagram”da şəkillərə daha yaxşı nəzarət edə bilməsi üçün Rights Manager alətini təqdim edib. Banker.az xəbər verir ki, bu barədə şirkətin bloqunda deyilir.

Bu alətdən istifadə etmək istəyən səhifə administratorları materialların qorunması üçün şəbəkəyə müraciət göndərə bilərlər. Bunun üçün “Facebook”a qorumaq istədiyiniz şəkillərin sürətini və özündə metaməlumatları əks etdirən CSV faylını təqdim etmək lazımdır.

download 7

Bundan sonra Right Manager “Facebook” və “Instagram”da uyğunluqlar axtarıb tapacaq. Qeyd edək ki, yoxlamanı işə salmaq üçün şəkilləri sosial şəbəkələrdə dərc etməyə ehtiyac yoxdur.

Müəllif hüququnun sahibi seçim edə bilər: şəkilləri izləmək, bloklamaq və ya müəllifini göstərmək. Bundan əlavə, istifadəçilər bu hüquqların hansı ölkələrdə tətbiq ediləcəyini də seçə bilərlər.

“The Verge” qeyd edir ki, müəlliflik problemi “Instagram”da illərdir mövcuddur. 2020-ci ilin iyununda sosial şəbəkə şəkillərini yerləşdirmək istəyən fotoqrafların xüsusi icazə almalı olduğunu bildirib.

Xatırladaq ki, “Facebook”un videolara nəzarət üçün buna oxşar aləti var. O, 2016-cı ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər