15 C
Baku
Wednesday, April 24, 2024

“Facebook” seçki komissiyası yaradacaq

“Facebook” seçki dövründə sosial şəbəkənin informasiya siyasətini təyin etmək üçün komissiya yaradacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“The New York Times” qəzetinin verdiyi məlumata görə, şirkətin bunu etməkdə əsas məqsədi qərəzli ittihamların qarşısını almaqdır. Təşəbbüs dünyanın bütün ölkələrində keçirilən seçkilərə aiddir.

Komissiya üzvləri şirkətin siyasi reklam və yalan məlumatların yayılması ilə bağlı mövqeyini təyin etmək və silmək hüququna malik olacaqlar. Sosial şəbəkə rəhbərliyi ABŞ-da keçiriləcək parlament seçkilərinə hazırlıq məqsədilə komissiyanın yaradılmasını rəsmi olaraq payızda elan edəcək.

Qeyd edək ki, “Facebook”da sosial media idarəetmə siyasəti ilə əlaqədar şikayətləri araşdıran məsləhətçi orqan artıq var. Keçən yaz bu qurum ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları tərəfindən həyata keçirilən Kapitoliyə hücumdan sonra siyasətçinin hesabını bloklayıb.

Tramp bununla bağlı “Facebook”, “Twitter” və “Google” şirkətlərini məhkəməyə verib. O, İT nəhənglərinə qarşı cərimə cəzasının tətbiq edilməsinə, o cümlədən ABŞ-da “utandırıcı senzuraya” son qoyulmasına nail olmağa çalışır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər