15 C
Baku
Friday, March 29, 2024

Facebook şirkəti “GlobalCoin” kriptovalyutasını 2020-ci ildə istifadəyə verəcək

   Facebook şirkəti özünün ödəniş sistemini və kriptovalyutasını bir sıra ölkələrdə 2020-ci ildə istifadəyə verəcək. Məlumata əsasən şirkətin kriptovlayutası GlobalCoin adlanacaq və bu ilin sonunda onun test mərhələsi başlayacaq. Bu barədə BBC-yə istinadən Vc.ru saytı xəbər verib. BBC-nin fikrincə şirkət sözügedən layihə barəsində məlumatları bu ilin yay fəslində verəcək. Jurnalistlərin məlumatlarına əsasən Mark Zuckerbergkriptovalyuta ilə bağlı məsələləri Bank of England bankının rəhbəri Mark Carney, ABŞ-ın maliyyə nazirliyi və Western Union kimi ödəniş servisləri ilə məsləhətləşib.

    Facebook-un kriptovalyutası barəsində hal hazırda nə məlumdur? 2018-ci ilin may ayında Facebook öz daxilində blockchain texnologiyasının tədqiqatı üzrə xüsusi qrup yaratmışdı. Həmin qrupun rəhbəri isə David Marcus oldu. Facebook-dan əvvəl o, PayPal-da çalışıb. Bloomberg-in məlumatına əsasən sözügedən tədqiqat qrupuna daxil olan 50 nəfərdən demək olar ki, hər biri PayPal-da çalışıb. Həmçinin Bloomberg məlumat vermişdi ki, həmin qrup Whatsapp daxilində pul köçürmələri üçün kriptovalyutasının hazırlanması ilə məşğuldur. Facebook şirkətini ilk öncə Hindistan bazarı maraqlandırır.

    Şirkət stablecoin yarada bilər. Kriptovalyutanın xüsusi növü olan stablecoin ABŞ dollarına bağlıdır. Bu ayın əvvəlində Facebook şirkəti jurnalistlərə bildirmişdi ki, şirkət hazır məhsul mərhələsindən hələ çox uzaqdır. The Wall Street Journal saytı xəbər vermişdi ki, bu layihənin adı Project Libra-dır. Həmin vaxtda jurnalistlər xəbər vermişdilər ki, Facebook şirkəti reklam baxışlarına və ya sosial şəbəkə daxilində alış-verişlərə görə adi istifadəçiləri öz kriptovalyutası ilə mükafatlandıracaq. Facebook şirkəti həmçinin tokenlərin təmin olunması üçün 1 milyard dollar investisiyanın cəlb olunması məsələsində Visa, Mastercard və First Data kimi ödəniş operatorları ilə də danışıqlar aparıb.

©Technote

Son xəbərlər
Digər xəbərlər