9 C
Baku
Friday, November 15, 2024

“Facebook” şirkəti rekord məbləğdə cərimələnəcək

ABŞ Federal Ticarət Komisiyası (FTC) və “Facebook” şirkəti şəbəkənin istifadəçilərinin fərdi məlumatlarının sızdırılmasına görə milyardlarla dollar məbləğindəki cəriməni razılaşdırmaq üçün danışıqlar aparır.

 İki mənbənin bu barədə verdiyi məlumata görə, danışıqlar nəticəsiz olsa, komisiya məhkəməyə müraciət edəcək.

Sözügedən cərimə indiyədək FTC tərəfindən texnologiya şirkətlərinə qarşı tətbiq edilmiş ən iri maliyyə sanksiyası olacaq. Belə ki, 2012-ci ildə “Google” şirkəti 22,5 milyon dollar məbləğində cərimə ödəmişdi.

Hər iki tərəf danışıqlara dair hər hansı şərh vermək istəməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər