23 C
Baku
Saturday, April 20, 2024

“Facebook” Trampa hərəkət azadlığını verir və o, bundan istifadə edərək insanlara yalan danışır”

ABŞ-ın Demokratik Partiyasının nümayəndəsi senator Elizabeth Warren, “Facebook” da keçirdiyi təcrübəsi haqqında danışıb.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Sosial şəbəkədəki reklamların həqiqiliyinin yoxlanılmadığını sübut etmək üçün Warren, “Facebook” şirkətinin direktoru Mark Zuckerberg-in Trampın yenidən seçilməsinə tərəfdar olduğunu ifadə edən yazıları maliyyələşdirməyə başlayıb.

Senator reklamın amerikan istifadəçiləri arasında ajiotajın yaranmasına gətirib çıxardığını qeyd edib. O hesab edir ki, “Facebook” Donald Trampa hərəkət azadlığını verir və bundan istifadə edən prezident auditoriyaya yalan danışır.

Xatırladaq ki, avqustun sonundan etibarən “Facebook” siyasi reklamların yayımlama qaydalarını sərtləşdirmişdir, burada əsas məqsəd 2020-ci il prezident seçkilərinə müdaxilələrin qarşısını almaq olub.

Avqustun 19-da isə “Twitter” sosial şəbəkəsi, dövlətin nəzarətində olan media şirkətlərinin reklamlarını yerləşdirməyi qadağan edəcəyini bildirib. Dövlət mediası reklamlarını onlayn platformadan silmək üçün 30 gün verilib.

Xatırladaq ki, 2018-ci il dekabrın 17-də ABŞ Rusiyanın prezident seçkilərinə “müdaxiləsi” ilə bağlı məlumat vermişdir. Hesabatda qeyd edildiyi kimi, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləyən səhifələr Rusiya tərəfindən yaradılmışdır.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər