20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Facebook-un iOS versiyasına Dark Mode gəlir

Facebook şirkəti keçən ilin Aprel ayında Messenger tətbiqinin iOS versiyası üçün Dark Mode rejimini istifadəyə vermişdi. Avqust ayından etibarən isə iOS üçün Facebook tətbiqinin Dark Mode versiyası hazırlanmağa başladı. WABetaInfo tərəfindən paylaşılan şəkillərə görə isə Facebook artıq iOS üçün tətbiqin Dark Mode funksiyasını tamamlamaq üzrədir.

Facebook-un Dark mode rejimi qara rəng əvəzinə boz rəngin daha tünd tonlarında olacaq.

Şəkillərdən göründüyü kimi ikon və loqolar isə ağ rəngdə göstəriləcək. Həmçinin iOS istifadəçiləri Dark Mode rejimini istədikləri vaxt aktivləşdirib təkrar deaktiv edə biləcəklər. Lakin Dark Mode rejiminin Facebook-un iOS versiyası üçün nə vaxt yayımlanacağı hələ də bilinmir. Yenə də şəkillərə baxdığımız zaman yaxın aylarda gəlməsi ehtimal oluna bilər. İOS üçün yayımlandıqdan sonra Android üçün də Facebook Dark Mode rejimi gələcəkdir deyə təxmin edilir.

facebook un ios versiyasina dark mode gelir649

©Technote

Son xəbərlər
Oxşar xəbərlər