8 C
Baku
Thursday, December 12, 2024

Facebook-un yeni təhlükələri

Əgər fırıldaqçılar hiylə işlədib sizin bank akkauntlarınız haqqında məlumatı almaq istəsələr, onlar sadəcə sizə Facebook-a xəbər yazarlar, – deyə CBS.com-un müxbiri Keti Kristof qabaqcadan xəbərdarlıq edir.

Sosial şəbəkənin Amerika istifadəçiləri üçün bu xəbərdarlıqların daha aktual olmasına baxmayaraq, Facebook-da səhifəsi olan hər kəsə xəbərdarlığa qulaq asmaq artıq olmaz. Xüsusən ona görə ki, ilk baxışdan fırıldaqçıların xəbərləri tamamilə zərərsiz və cəlbedici görünür.

Facebook fırıldaqçılar üçün artıq populyar meydan olmuşdur, – deyə, İnternet təhlükəsizliyi məsələlərində ixtisaslaşmış Blue Coat şirkətinin marketinq bölməsinin başçısı Tom Kler təsdiq edir. Ancaq keçən il ərzində bu veb-sayt ən təhlükəli veb-resurslar reytinqində porno saytları və pulsuz softla olan saytları (İnternet istifadəçiləri artıq onlardan xilas olmağa öyrəniblər) geridə qoyaraq 17-ci yerdən 4-cü yerə yüksəlmişdir.

Nə üçün Facebook getdikcə təhlükəli olur? Bizə görə. 
Ondan başlayaq ki, iş kompüterlərində, onlayn bank akkauntlarında və digər veb-resurslarda bizdən daim daxil olmaq hüququnu təsdiq etməyi tələb edirlər.  Biz neynirik? Düzdür, hər yerdə eyni paroldan istifadə edirik.

“Bizim çox saytlarda eyni paroldan istifadə etdiyimizi fırıldaqçılar başa düşürlər, Facebook-dan məlumatları əldə edərək onlar digər akkauntlara daxil ola bilərlər”, – deyərək Kler xəbərdarlıq edir.

Əgər siz ehtiyat edərək hər sayt üçün müxtəlif parollar  təyin etmisizsə, bu halda fırıldaqçılar Facebook vasitəsi ilə sizin şəxsi məlumatlarınızı hiylə işlədib əldə etmək üçün cəhd edəcəklər və beləliklə sizin bank akkauntunuzun parolunu oyun yaxud əlavələr hesabına əldə edə biləcəklər. Lakin diqqətlə baxsaq bu oyuncaqlar parolları təsdiqləmək üçün yoxlama suallarına cavabları cinayətkarlara vermək üçün ən sadə üsuldur.

Əgər sizinlə belə hadisənin heç vaxt baş verməyəcəyi haqqında düşünürsüzsə, siz son bir neçə həftə ərzində Facebook-u doldurmuş fırıldaqlara nəzər yetirin.

1.    “Kim məni hamıdan yaxşı tanıyır?” 
Bu məktub aşağıda olduğu kimi görünür: «Tapmağa cəhd edin: mənim ikinci adım __________,  mənim yaşım ___,  mənim xoşladığım qazlı su _______,  mənim doğum günüm ___/___/___,  mənim ən böyük sevgim ______,  mənim ən yaxşı dostum _____,  mənim xoşladığım rəng ______,  mənim gözlərimin rəngi _______,  mənim saçlarımın rəngi ______,  mənim xoşladığım yemək________  və mənim anamın adı necədir __________.  Bu statusu yerləşdir və kimin səni daha yaxşı tanıdığını aydınlaşdır. ♥»
Bu məlumatlardan çoxu bank akkauntları üçün yoxlama suallarında cavab kimi istifadə olunur. Bu statusu yerləşdirin və hamı, – o cümlədən sizin bank hesablarınıza daxil olmaq üçün can yandıran hakerlər sizin haqqınızda lazım olduğundan çox məlumat əldə edəcəklər.

2.    “Sizin dostunuz indicə sizin haqqınızda suala cavab verdi!” 
Sizin dostunuz sizin haqqınızda suala cavab verdi və sizə cavaba daxil olmağı açmaq üçün istinad üzrə getmək lazımdır. Lakin siz onu çağıranda yeni pəncərədə xəbər çıxır: “21 sual”.  Sonra belə olur: sizdən adınız haqqında məlumata, profilin şəklinə, cinsi mənsubiyyətinizə, sosial qruplara, istifadəçi identifikatoruna, dostlara və digər ümumi məlumata daxil olmaq üçün icazə istəyirlər.    Sonra sizin poçtunuza bu proqramdan məktub gəlir; sizdən suallara cavabı sizin divarda yerləşdirmək üçün icazə istəyirlər. Bundan sonra isə fırıldaqçılar sizin şəxsi məlumatlarınıza hətta siz bu proqramdan istifadə etmədikdə məhdudiyyətsiz daxil ola bilirlər.

Sizin şəxsi məlumatlarınıza daxil olmanı məhdudlaşdırmaq olarmı? Çətin ola,  hətta istifadəçi razılaşmasında da bu suallar haqqında dəqiqləklə yazılmayıb.   Daha pisi odur ki, dostlarınız haqqında suallara cavab verdikdə siz onların şəxsi məlumatlarının qorunub saxlanılmasını pozursuz. Şəxsən mən 21 suala cavab verməmişəm, lakin görünür ki “Facebook-da 21 suala nifrət edirəm” qrupuna daxil olan 850 istifadəçi bu suallara cavab veriblər və bu proqramın nə qədər təhlükəli olduğunu başa düşüblər.

3.    “Mən sənin haqqında video tapmışam!” 
Bu ən təhlükəli spam növüdür, deyə Kler xəbərdar edir. Onun köməyi ilə sizin şəxsi kompüterininzə  klaviaturada yığdığınız simvolları izləmək yolu ilə parolunuzu hesablamaq imkanı verən casus proqramı qoyulur.

Bu necə işləyir? Siz istinadı çağırırsız və klipə baxmaq üçün videopleyeri axırıncı versiyasına kimi yeniləşdirməyin lazım olduğu haqqında xəbər alırsız. Əgər siz “yeniləmə” düyməsini bassanız, sizin kompüterinizə ziyanverici proqram qurulacaq. Sizin kredit kartınızdan vəsait itməyincə heç nədən xəbəriniz olmayacaq. Belə proqramları axırıncı versiya antivirus proqramları izləyə bilər. Əgər sizdə antivirus yoxdursa, özünüzü gözləyin.

Əgər doğurdan da sizin dostunuz sizə video göndərdiyini düşünürsüzsə, bu haqda ondan şəxsən soruşun. Mən sinif yoldaşıma bu haqda sual verəndə o dəhşətə gəldi: kim isə onun Facebook-da olan akkauntunu sındırıb və belə xəbərlər göndərməyə başlayıb. Kimlər bu linki çağırmışsa onların hamısının səhifələri sındırılmışdıi.

4.    “Bizə pul lazımdır!” 
“Kömək edin biz Avropada/Kanadada/Asiyada ilişib qalmışıq və bizə təcili pul lazımdır!” Əvvəl bu e-mail vasitəsi ilə göndərilən məktublar idi, indi isə fırıldaqçılığın bu növü daha təsirli ola biləcək Facebooka keçib. Çox insanlar elektron poçtda belə məktublara fikir verməməyi öyrəniblər, lakin sosial şəbəkədə ani xəbərlərə reaksiya tamamilə fərqli ola bilər: “Onlar ordadırlar. Və onlara bu dəqiqə pul lazımdır”.  Mənim rəfiqələrimdən biri yaxın rafiqəsinin valideynlərindən belə xəbər alaraq ən düzgün qaydada hərəkət etdi. O rəfiqəsinə zəng edib ondan öz valideynləri ilə axırıncı dəfə nə vaxt danışdığını soruşdu. Cavab: “İndi, onlar yanımdadırlar”.

Artıq Facebook akkauntların sındırılmasının qarşısını almaq üçün təhlükəsiz sistemini tətbiq etmişdir. Onun haqqında məlumatı sosial şəbəkənin təhlükəsizlik səhifəsində tapmaq olar.

5.    “Bölüşək ya yox?”

Mən The New York Times-a abunə yazılmaq üçün hədsiz dərəcədə çox pul ödəyirəm, çünki bu nəşriyyatda doğurdan da yaxşı jurnalistlər var.   Lakin heç vaxt onların məqalələrini Facebook-da  yerləşdirmirəm. Nə üçün? Çünki mən hər dəfə bunu etmək cəhdi etdikdə Facebook məndən daxil olma hüququnu təsdiq etmək üçün adımı, cinsimi, elektron poçtumun ünvanını, dostlarımın adını, maraqlarımı və sair tələb edir.  Düzünü demək lazımdır ki, nəşriyyatın dəqiq qeyd edilmiş məxfilik siyasəti belədir, sonra isə bu məlumatlara daxil olmağın mümkünlüyünü məhdudlaşdırmaq olar.

Lakin mənim heç kimlə şəxsi məlumatımı bölüşmək fikrim yoxdur və tamamilə əmin deyiləm ki, bir dəfə deyilmiş şəxsi məlumatlar sonra yenidən məxfi ola bilər. Bu səbəbdən əgər kim isə sizdən xüsusi informasiya haqqında məlumat əldə etmək  üçün daxil olmağa icazə tələb edirsə, sadəcə “yox” deyin.

Son xəbərlər
Digər xəbərlər