“Facebook” sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan “Meta” şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.
“Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilər artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik”, – deyə məlumatda bildirilir.
Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.