“Facebook” üz tanıma texnologiyasından sui-istifadə etdiyinə görə məhkəməyə verilib

0

Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın San Francisco əyalətindəki Doqquzuncu Region Apelyasiya Məhkəməsi Facebookun hazırladığı üz tanıma texnologiyası ilə istifadəçilərin razılığı alınmadan gizlilik hüquqları qanunlarını pozduğuna qərar verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Federal məhkəmə Facebook-a qarşı iddiada istifadəçilərin razılığı olmadan üz tanıma texnologiyasının istifadəsi “fərdi münasibətləri və şəxslərin qəti maraqlarını pozur” qərarı açıqlanıb. Şikayətçi tərəfin vəkili olan Shawn Williams etdiyi şərhdə: “Bu biometrik məlumatlar o qədər həssasdır ki, məxfiliklər pozularsa geri dönüşü yoxdur. Bu, nömrənizi dəyişə biləcəyiniz bir sosial təhlükəsizlik və ya kredit kartı kimi deyil, üzünüzü dəyişə bilməzsiniz”. -deyib.

Facebook qərara etiraz etməyi planladığını açıqlayıb. Şirkət spikeri açıqlamasında: “üz tanıma texnologiyasını insanlar istədiyi zaman açıb bağlaya bilərlər.” Şirkət Facebook-a yüklənən fotoşəkillərdən ictimai media hesabında əlavə olan yoldaşlarını tanımalarını təmin edən “Etiket Təklifləri” xüsusiyyətinin illərdir istifadə edildiyini bildirib.

©İnsider