26 C
Baku
Saturday, July 27, 2024

“Facebook” üz tanıma texnologiyasını istifadəyə verib

Facebook sosial şəbəkəsi üz tanıma texnologiyasını istifadəyə verib.

Facebook istifadəçilərə üz tanıma texnologiyasının istifadəsi barədə sorğu göndərib.

Sözügedən sorğu texnologiyanın istifadə qaydasını ehtiva edərək istifadəçilərin yeni texnologiyanı qoşmaq istəyib, istəmədiyiklərini öyrənmək xarakterini daşıyır.

“Üz tanıma texnologiyası fotoşəklinizi və ya videonunuzu təhlil etməyə, görünüşünüzün təkrarsız rəqəmli kodunu (“şablon”) hesablamağa imkan verir. Üz tanıma funksiyasını aktivləşdirsəniz, biz sizin üçün yeni şablonu yaradacağıq. Şablonunuzu heç kimə təqdim etmirik. Hesabınız aktiv olduqda onu saxlayacağıq. Üz tanıma rejimini söndürsəniz şablonu siləcəyik. Beləliklə kənar insanlar sizinlə şəkil paylaşdıqda və yaxud şəklinizdən özünkü imiş kimi istifadə etdikdə sistem üz cizgilərinizi tanıyacaq və sizə bu barədə məlumat göndərəcək”, – deyə sorğuda qeyd olunub.

©Ted

Son xəbərlər
Digər xəbərlər