0 C
Baku
Monday, February 26, 2024

Facebook və Google kimi nəhəng şirkətlərdən niyə istefa edirlər?

Nəhəng beynəlxalq şirkətdə işləmək bir çoxlarının əsas həyat məqsədi, bəziləri üçün isə əlçatmaz arzudur. Lakin hər şey bizim düşündüyümüz kimi “möhtəşəm” deyil. Facebook Google kimi şirkətlər cəmiyyət arasında işləmək üçün ideal şirkət hesab olunur. Axı burada hər kəsin fikri dinlənilir, nəzərə alınır, ciddi nəzarət yoxdur, sərbəst qərar vermək imkanı mövcuddur və s.

Lakin bununla belə, bir çoxlarının arzusu olduğu işi tərk edənlər, istefa verənlər də az deyil. Bəs bu istefalara əsas səbəb nədir:

  • Facebook və Google kimi şirkətlər kifayət qədər böyükdür və burada öz işinin nəticəsini görmək çətindir. Çünki ümumi şirkət çərçivəsində tutduğun rol kifayət qədər kiçikdir. Bu səbəbdən də, işçilər öz işlərinin bəhrəsini daim göz önündə görmək üçün daha kiçik şirkətlərə üz tuturlar.
  • İstefa verənlərin səsləndirdiyi ikinci cəhət isə öz ideyalarını reallaşdıra biləcəkləri start-up axtarışıdır.
  • Şəxsi, ailə vəziyyətləri, meqapolisdə yaşamaq istəyinin olmaması (əsasən nəhəng şirkətlərin yerləşdiyi şəhərlər).
  • Müəyyən müddət çalışdıqdan sonra informasiya texnologiyaları sahəsinin elə də maraqlı olmadığı fikrinə gəlmək.

Qeyd edək ki, bu məqalədə sırf Facebook və Google şirkəti əsas götürülmüşdür. Bu şirkətlər isə Quora-da insanların nəhəng şirkətləri nəyə görə tərk etdikləri ilə bağlı müzakirələr əsasında nümunə olaraq təhlil edilmişdir.

Unutmayın ki, arzuların şirkəti deyilən anlayış mövcud deyil. Ən yaxşı karyera, arzuların karyerası – hər kəs üçün unikal, individual anlayışdır. Sizin üçün həqiqətən maraqlı olan sahəni arzulayın. Arzularınızın işini əldə etmək üçün səh göstərin və Steve Jobsun bu sitatını unutmayın: “Zamanınız məhddur. Buna görə də, onu başqasının həyatını yaşayaraq sərf etməyin”.

Son xəbərlər
Digər xəbərlər