“Facebook” və “İnstagram” maska ilə bağlı xəbərdarlıq edəcək

Facebook şirkəti həm eyniadlı platformasında, həm də İnstagramda maska xəbərdarlığı funksiyası əlavə edir.

Xüsusiyyət artıq ABŞ-da aktivləşdirilib. Yaxın günlərdə isə digər ölkələrdə də istifadəsinə başlanılacağı gözlənilir.

Bu xəbərdarlığın ilk yoluxma və ölüm sayına görə birinci pillədə olan ABŞ-da aktiv edilməsi heç də təsadüf deyil. Sosial şəbəkədən çox istifadə edən şəxsləri maska taxmağa yönləndirmək üçün atılan addım, yalnız xəbərdarlıqla sərhədlənmir.

Belə ki, xəbərdarlıqla yanaşı, istifadəçilər pandemiya ilə bağlı son və doğru məlumatları ala biləcəklər. Xəbərdarlıq bildirişinə klikləyən şəxslər COVID-19 Məlumat Mərkəzinə yönləndiriləcəklər.

Qeyd edək ki, funksiyanın Azərbaycan üçün nə zaman aktivləşdiriləcəyi məlum deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları