5 C
Baku
Wednesday, February 21, 2024

“Facebook” və “Instagram” Türkiyədə nümayəndəliklərini açacaqlar

“Facebook” və “Instagram” Türkiyə hökumətinin sosial şəbəkələrin tənzimlənməsi qanunu çərçivəsində onların ölkədə nümayəndəliklərinin olması tələbini yerinə yetirəcəklər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin nazir müavini Ömər Fatih Sayan məlumat verib.

“Reklam qadağasının tətbiq edilməsindən bir gün əvvəl vətəndaşlarımıza yaxşı xəbər demək istəyirəm. “Facebook” və “Instagram” 1 oktyabr 2020-ci il tarixində qüvvəyə minən 7253 (sosial şəbəkələrin tənzimlənməsi haqqında) qanununa uyğun olaraq ölkəmizdə nümayəndəlik açacaqlarını bildiriblər”, – nazir müavini qeyd edib.

Söhbət Türkiyə parlamenti tərəfindən 2020-ci ilin iyul ayında qəbul edilmiş və 1 milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələrin tənzimlənməsi haqqında qanundan gedir. Xatırladaq ki, respublikada “Facebook” və “Instagram” istifadəçilərinin sayı 30 milyondan çoxdur.

Noyabr ayında bu sosial şəbəkələr, həmçinin “Twitter”, “YouTube”, “Periscope” və “TikTok” nümayəndəliklərin vaxtında açılmaması səbəbi ilə Türkiyə hökuməti tərəfindən 10 milyon türk lirəsi (təxminən 1.2 milyon dollar) cərimə edilmişdir.

Bundan əlavə, qanuna görə, təhqiramiz və böhtan xarakterli paylaşımlar məhkəmə qərarı olmadan iki gün ərzində silinəcəkdir.

Son xəbərlər
Digər xəbərlər