15 C
Baku
Friday, November 8, 2024

“Facebook” və “Instagram”da reklamsız abunə işə düşüb

Amerikanın “Meta” korporasiyası yeni ödənişli abunəliyə başlayıb, onun sayəsində siz “Facebook” və “Instagram”da reklamdan xilas ola bilərsiniz. Abunə hələki yalnız Avropa İttifaqında işləyir, veb-versiya üçün qiymət €9.99, mobil versiya üçün isə €12.99 təşkil edir.

Şirkət Avropa qanunvericiliyinə uyğun olaraq yeni abunə növünü işə salmaq qərarına gəlib və istifadəçilərə xidmətlərdən ya pulsuz, lakin reklamla, ya da reklamsız, lakin pulla istifadə etmək imkanı verib.

“Meta” onu da qeyd edib ki, heç kim istifadəçiləri ödənişli abunəyə keçməyə məcbur etməyəcək, reklamlı pulsuz versiya olduğu kimi qalacaq. “Instagram” həmçinin yalnız təsdiqlənmiş, yəni mavi işarəsi olan istifadəçilərin kontentindən ibarət olan yeni xəbər lentini sınaqdan keçirir.

Son xəbərlər
Digər xəbərlər