8 C
Baku
Thursday, December 12, 2024

“Facebook” və “Twitter” rusların şəxsi məlumatlarını qorumağa söz verdi

Rusiyanın “İzvestiya” qəzeti yazır ki, “Facebook” və “Twitter” Rusiya ərazisində bloklanmağın qarşısını almaq üçün rusların şəxsi məlumatlarının Rusiyanın qanunvericiliyi çərçivəsində qorumasına dair razılığa gəlib.

“Facebook” planlaşdırır ki, Rusiyada nümayəndəliyini açsın, “Twitter” isə düşünür ki, rus vətəndaşlarının şəxsi məlumatlarını serverlərə köçürtsün.

Beləliklə, hər iki şirkət “şəxsi məlumatların qorunmasına dair” qanunun tələblərini yerinə yetirəcək.

“Twitter”dən alınan məktubda qeyd edilir ki, şirkət 2018-ci ilin ortalarında Rusiyanın ərazisində məlumat bazalarını lokallaşdırmağa söz verib. Bu günə qədər isə şirkət şəxsi məlumatların qorunmasında dair qanunun tələblərini yerinə yetirmirdi.

“Facebook” nümayəndələri artıq yaxın zamanlarda açılacaq Rusiya ofisi üçün rəhbər axtarışındadır.

Unutmayın ki, rusların şəxsi məlumatları elə ölkə içərisində saxlanılmalıdır. Qeyd edək ki, 2016-ci ilin payızında bu tələbləri yerinə yetirməyən “LinkedIn”sosial platforması Rusiyada bloklanmışdı.

2017-ci ildə isə Rusiya tərəfindən bildirilmişdi ki, əgər “Facebook” və “Twitter” rusların şəxsi məlumatlarını lokallaşdırılmasını həyata keçirtməyəcəklərsə, ölkə ərazisində istifadəsi bloklanacaq.

Son xəbərlər
Digər xəbərlər