11 C
Baku
Tuesday, November 5, 2024

“Facebook” videoları ilə bağlı mühüm yenilik

“Facebook” sosial şəbəkəsi videoların ortasında yerləşdiriləcək reklamların sınaqlarını keçirir.

“Recode” saytına istinadən məlumata görə, bu barədə layihənin bəzi insayderləri bildirib.

Yeni reklam modeli reklam rolikinin videoya baxılmağa başladıqdan azı 20 saniyə sonra istifadəçinin qarşısına çıxmasını nəzərdə tutur. Bu cür reklamlardan əldə olunacaq gəlirin 55%-i videonun müəllifinə, qalanı isə “Facebook”a çatacaq. Analoji modeldən “YouTube” da istifadə edir.

Əgər sistem uğurla istifadəyə verilərsə, ilk dəfə olaraq “Facebook” istifadəçiləri yüklənən kontentə görə real maddi gəlir əldə edəcəklər.

Qeyd edək ki, 2016-cı ildə “Facebook” videoları gün ərzində 100 milyon saat izlənib. Mark Zukerberq “pre-roll” formatının (videonun əvvəlində reklam) tətbiqinə razılaşmayıb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər