Mark Tsugerberq öz karyerası boyunca ən böyük və sensasiyalı müqaviləyə imza atdı. Belə ki, Facebook WhatsApp-ı əldə etdiyini elan etdi. Bu müqavilənin dəyəri isə daha çox heyrətə səbəb olur. Facebook şirkəti mobil messencer üçün minimum 16 milyard dollar ödəyəcək. Bu məbləğin 4 milyard dolları nağd, 12 milyard dolları isə səhmlərlə ödəniləcək. WhatsApp yaradıcıları və əməkdaşları daha 3 milyard dolları isə növbəti 4 il ərzində əldə edə biləcəklər. Bu son 10 ildə internet sənayesində qeydə alınmış ən böyük müqavilədir.
Verilən məlumatlara görə hazırda WhatsApp-dan 450 milyondan çox insan fəal şəkildə istifadə edir. Bu insanlardan 300 milyonu ondan demək olar ki, hər gün istifadə edir.