“Facebook” sosial şəbəkəsi adının dəyişməsi ilə bağlı məlumatları təkzib edib.
Banker.az xəbər verir ki, “Biz şayiələr və spekulyasiyaları şərh etmirik”, – deyə “Facebook”un rəsmi nümayəndəsi Co Osborn söyləyib.
Xatırladaq ki, oktyabrın 19-u qərb KİV-in məlumatına istinadən “Facebook”un gələn həftə adını dəyişmək istədiyi barədə xəbər yayılıb. Ad dəyişikliyi şirkətin metakainat yaratmağı planlaşdırması ilə əlaqəli olduğu bildirilib.
Oktyabrın 17-si sosial şəbəkə Avropa Birliyində metakainat işə salmaq üçün 10 min yeni işçi götürəcəyini açıqlayıb. “Facebook” bu investisiyanın “Avropa texnologiya sənayesini və texniki istedadının potensialını gücləndirəcəyini” bildirib.
Avqustun 20-si “Facebook”un qurucusu Mark Çukerberq yeni virtual reallıqda iş sahələri yaratmağa və komanda görüşlərini simulyasiya etməyə imkan verəcək “Horizon Workrooms” xidmətinin istifadəyə verildiyini qeyd edib.