18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“Facebook” yeni servisini işə salır – VİDEO

faizlere

“Facebook” şirkəti “Messenger Rooms”da qrup videozəngləri servisini işə salır.

Bu barədə şirkətin saytında yerləşdirilmiş məlumatda deyilir.

““Facebook” və ya “Facebook Messenger”də “otaq” yaradın və hətta “Facebook”da qeydiyyatdan keçməyənlər də daxil olmaqla, istənilən şəxsi sizin videozənginizə qoşulmağa dəvət edin. “Otaqlar”a 50-ə yaxın adamı dəvət etmək olar və vaxt (zənglərin) məhdudiyyəti olmayacaq”, – deyə şirkətin bəyanatında bildirilir.

Funksiyanın “Instagram Direct”, “WhatsApp” və “Portal” üzərindən də əlçatan olacağı qeyd edilir.

Bundan savayı, şirkətdən bildirilir ki, “WhatsApp”da da vizeozənglər funksiyası genişləndiriləcək. Tezliklə, bu tətbiqdə zəng və videozənglərə səkkizə yaxın şəxs qoşula biləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər