28 C
Baku
Saturday, July 27, 2024

Facebook yerli jurnalistliyə dəstək üçün $300 milyon xərcləyəcək

Şirkət üç il ərzində yerli jurnalistikaya pul yatırmağı planlayır.

Facebook yerli jurnalist təşkilatlarına dəstək üçün 300 milyon dollar sərmayə qoyacaq. Banker.az xəbər verir ki, bu barədə Reuters yazır.

Şirkət əvvəllər də mediaya sərmayə qoymuşdur, lakin onda bu vəsaitlər Facebook məhsullarının istifadə olunmasına yönəldilmişdir. İndi Facebook jurnalistlərin yerli Amerika təşkilatlarına dəstək verəcəkdir: onlara yeni məzmun növlərini yaratmaqda, işçiləri işə götürməkdə və iş modellərini inkişaf etdirməkdə kömək  edəcəkdir.

Şirkətdən alınan vəsaitlər Pulitser Center , Local Media Assosiation və Local Media Consortium və digərlər təşkilatlara veriləcək.

Şirkətin Qlobal Xəbərlər Tərəfdaşlıqları üzrə vitse-prezidenti Campbell Braun-un sözlərinə görə, şirkət sənaye nümayəndələri ilə söhbət edərək, bu barədə istifadəçilərin fikirlərini öyrənmişdir: onların hər biri Facebook-da daha çox yerli xəbərlər görmək istəyirlər, buna nail olmaq üçün isə yerli nəşrlərə dəstək olmaq lazımdır.

TechCrunch-a görə, belə bir təşəbbüs Facebook-un ənənəvi nəşrlərə gətirdiyi ziyanı azaltmaq üçün etdiyi cəhd ola bilər. Yəqin ki, bununla Facebook ictimai şəbəkə üçün məzmun mənbələrini qorumağa çalışır, qəzet yazır.

2018-ci ilin mart ayında Google jurnalistikaya dəstək proqramına 300 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. Google News Initiative-in əsas məqsədləri keyfiyyətli jurnalistikaya dəstək vermək, media üçün biznes modellərinin inkişaf elətdirilməsi və saxta xəbərlərə qarşı mübarizə olacaq.

Son xəbərlər
Digər xəbərlər