Facebook şirkəti videoblogerlər üçün Facebook Creator tətbiqetməsini təqdim edib.
Banker.az Fortune nəşrinə istinadən xəbər verir ki, tətbiqetmə sosial şəbəkəyə canlı yayım və adi video çarxlar, sticker və çərçivələr əlavə etməyə, həmçinin onlara düzəlişlər etməyə imkan verir.
Facebook Creator-da həmçinin Facebook, Instagram və Messenger-də videolara gəlmiş şərhlərə cavab vermək, sözügedən bu sosial şəbəkələrdə analitikanı izləmək mümkündür.
Fortune nəşri yazır ki, Facebook məzmunun daha uğurlu monetizasiya modeli ilə YouTube-dan videoblogerləri özünə cəlb etməyə ümid edir.
Tətbiqetmə artıq iOS əməliyyat sistemli cihazlar üçün əlçatandır, Android üçün nəzərdə tutulmuş versiya isə yaxın aylarda peyda olacaq.