“Facebook” sosial şəbəkəsi yeni gənc istifadəçilər cəlb etmək üçün yeni funksiyalar yaradıb. Bildirilir ki, platforma istifadəçinin izlədiyi dostlar və qruplardan gələn mesajların yerləşdiyi “Feeds” bölməsini yaradacaq.
Banker.az bu barədə “Vc.ru”ya istindən xəbər verir.
Bütün postlar qruplar üzrə bölünəcək – hər kəs, yalnız dostlar, yalnız qruplar və s. Siz onlara xronoloji ardıcıllıqla baxa biləcəksiniz.
“Engadget” yazır ki, “Feeds” bütün dünyada iOS və Android əməliyyat sistemlərində yaxın bir həftə ərzində yenilənməlidir. Desktop versiyada dəyişikliklər bir neçə həftə ərzində görünəcək.