15 C
Baku
Wednesday, October 2, 2024

“Facebook”da dolların “qara bazar”ı yaradılıb

Azərbaycanda internet üzərindən də “qara bazar” yaradılıb.

Facebook üzərindən yaradılan “Exchange Azerbaijan” qrupunda dolların alış və satışı həyata keçirilir. Bildirilir ki, bu qrup tez bir zamanda lazım olan valyutanı, banka ehtiyac duymadan, bank axtarmadan və ya bankda sıra gözləmədən rahat bir şəkildə buradan satıcını taparaq mübadilə edə bilməniz üçün yaradılıb. Dollar almaq istəyən dollar satanı, manat almaq istəyən manat satanı tapsın deyə hazırlanıb. Qrupda bankların gündəlik dollar alış və satış kursları qeyd olunsa da, virtual “qara bazar” iştirakçıları valyutanı hansı məzənnə ilə satdıqlarını açıq şəkildə qeyd etmirlər.

Qeyd edək ki, eyni adlı səhifə instagramda da yaradılıb. Hətta səhifənin android sistemində proqramı da mövcuddur. (Qafqazİnfo)

Son xəbərlər
Digər xəbərlər