7 C
Baku
Thursday, December 12, 2024

“Facebook”da yeni virus yayılıb

“Facebook” sosial şəbəkəsinin istifadəçiləri zərərverici proqram təminatının aktivləşdiyi barədə məlumat veriblər.

Gazeta.ru saytına istinadən xəbərə görə, virus istifadəçilər adından videolar yayır.

Viruslarla qarşılaşan istifadəçilərin əksər hissəsi Ukraynada qeydiyyatdan keçib. Lakin virusa rast gələnlər arasında Rusiya və digər ölkələrdən olan istifadəçilər də var.

Sosial şəbəkə istifadəçilərinə dostlarından onların hər hansı foto və ya videoya etiketləndiyi barədə bildirişlər gəlir. Bu cür materiallar istifadəçi lentində də qarşıya çıxır. Mütəxəssislər məsləhət görürlər ki, bu cür məlumatların linklərinə “tıklamaq” olmaz. Ehtiyac yarandıqda isə, kompüterlərdəki antivirusu yeniləmək lazımdır.

Lent.az

Son xəbərlər
Digər xəbərlər