15 C
Baku
Saturday, April 20, 2024

Facebook-un HR mütəxəssisləri nə məsləhət görür?

Facebook şirkətinin HR mütəxəssisləri bu sahə üzrə məşhur Quora saytında işəgötürən şəxslərin namizədlərin CV-də əsas olaraq hansı cəhətlərə fikir verdikləri barədə fikirlərini bölüşmüşlər.

Beləliklə, rəhbər şəxslər namizədin CV-də əsas olaraq nələrə diqqət yetirirlər:

 Son işinizdəki vəzifənizə: Şirkət mütəxəssisinin sözlərinə görə, o ilk növbədə namizədin son işində məşğul olduğu vəzifəyə diqqət yetirir. O öz istəyi ilə şirkətdən ayrılıb və ya qovulub? O orada nə qədər müddət işləyib və hansı tapşırıqları icra edib? Bu suallara cavab almaq çox vacibdir.

Son işlədiyi şirkətin populyarlığı: Namizədin daha əvvəl işlədiyi şirkətin populyarlıq dərəcəsindən çıxış edərək insanın nə qədər professional olduğunu anlamaq asandır. Namizədin daha öncə tanınmış bir şirkətdə işlədiyini gördükdə xəyali olaraq onu digər namizədlərdən bir pillə irəli çəkirəm.

Ümumi təcrübə: Onun karyera artımı var idimi? Tapşırıqların çətinliyi artırdımı? Vəzifəsi yerinə yetirdiyi tapşırıqlara uyğun şəkildə idimi?

Açar sözlərlə axtarış: Əgər mən proqramçı axtarıramsa namizədin biznes layihələr üzrə nə dərəcədə əla mütəxəssis olması mənim üçün heç bir əhəmiyyət daşımır. Külli sayda CV-lər arasında mənə lazım olan açar sözü daxil edərək görmək istədiyim CV-ləri axtarıb tapıram.

Şəbəkədə mövcudluq: Şirkət mütəxəssisi demişdir: Mənim işimin ən sevimli hissəsi sosial şəbəkələrdə işə namizəd axtarmaqdır. Twitter və Facebook sizin haqqınızda rezümedə yazılanlardan daha artığını deyə bilər. Buna görə də, işə sahib olmaq istəyirsinizsə sosial şəbəkə hesablarınızda adekvatlığa riayət edin.

Bəs rezümedə nəyə fikir vermirlər:

Təhsil: Təcrübə hər şeydən önəmlidir.

Şəxsi məlumatlar: Ailə vəziyyəti, uşaqların mövcudluğu, xəstəlik, şəkil – bütün bunlar mənə görə lazımsız xarakter daşıyır.

Son xəbərlər
Digər xəbərlər