10 C
Baku
Wednesday, December 11, 2024

“Facebook”un əməkdaşları şirkətin perspektivinə inanmırlar

“Facebook”un əməkdaşlarının yalnız 52%-i şirkətin perspektivləri ilə bağlı nikbin fikirdədir.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

“Facebook Inc” şirkətinin son bir ildə qarşılaşdığı çətinliklər əməkdaşlara da mənfi təsir edir.

Belə ki, təxminən, 29 min nəfərin qatıldığı son sorğunun yekununda respondentlərin yalnız 52%-inin “Facebook”un fəaliyyətinə dair nikbin olduğu müəyyən edilib. Hərçənd bir il əvvəl bu rəqəm 84% təşkil edirdi.

“Facebook”un dünyanı daha yaxşı etdiyini düşünənlərin faizi isə ötənilki 72%-dən 53%-ə düşüb.

Qeyd edək ki, “Facebook” əməkdaşlarının şirkətin missiyasına nə qədər inandığını, eləcə də onun müsbət qlobal təsirinə inanıb-inanmadığını qiymətləndirmək üçün ildə iki dəfə – apreldə və oktyabrda əməkdaşları arasında sorğu keçirir.

Son xəbərlər
Digər xəbərlər