2 C
Baku
Saturday, December 14, 2024

“Facebook”un 29 min əməkdaşının şəxsi məlumatı oğurlanıb

“Facebook”un əməkdaşının avtomobilindən sosial şəbəkənin 29 min işçisinin bank hesabı, sosial sığortalarının son dörd rəqəmi, maaş və bonusları haqqında, eləcə də digər şəxsi məlumatlar saxlanılan sərt disklər oğurlanıb.

Bu barədə “Bloomberg” yazır.

Qeyd edilir ki, sərt disklər şifrələnməmişdilər. 

. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, oğurlanan disklərdə sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatları olmayıb.

Hüquq-mühafizə orqanları məlumatların oğurlanması hadisəsini araşdırır. 

Şirkətin mətbuat xidmətindən bildirilib ki, oğurluğun məqsədi məhz “Facebook”un əməkdaşları haqqında məlumatları ələ keçirmək olmayb.

Avtomobil hələ noyabrın 17-də qarət olunsa da, sərt disklərin itməsi üç gündən sonra – noyabrın 20-də aşkar edilib. “Facebook” yalnız dekabrın 13-də zərər çəkmiş əməkdaşları xəbərdar etməyə başlayıb.                                                                 Oxu.az 

Son xəbərlər
Digər xəbərlər