4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Facebook”un çöküşü, tibbi nailiyyətlər və ABŞ-da konstitusiya böhranı: “Saxo Bank”ın 2022-ci il proqnozu

Danimarkanın “Saxo Bank” investisiya bankı 10 proqnozdan ibarət illik hesabatını dərc edib. Təşkilatın özü onları “az ehtimal olunan” adlandırsa da, reallaşdığı təqdirdə maliyyə bazarında ciddi dəyişikliklərin baş verəcəyini vurğulayır. 2022-ci il üçün bütün proqnozları bankın saytında tapmaq mümkündür.

Siyasətçilər mədən yanacağından istifadəni mərhələli şəkildə dayandırmaq planlarını təxirə salacaqlar

Dünya liderləri iqlim dəyişikliyi hədəflərini yenidən nəzərdən keçirərək, inflyasiya və sosial iğtişaş riski ilə mübarizə aparmaq üçün mədən yanacaqlara sərmayə qoymağa diqqət yetirəcəklər.

Bu qərar sənaye metalları və əmtəələrinin bahalaşmasına səbəb olacaq. Mütəxəssislərin proqnozlarına görə, addım “ekoloji məhdudiyyətlər” ideyasından imtina edilməsinə və ölkələrin neft və təbii qaz hasilatına investisiya qoymağa başlamasına gətirib çıxaracaq. Onların fikrincə, bu, ərzaq və enerji qiymətlərinin artması nəticəsində yaramam sosial narazılıq riskini azaldacaq.

“Facebook”un populyarlığı azalacaq. Orada yalnız yaşlı insanlar qalacaq

Gənclər şəxsi məlumatların toplanmasına etiraz olaraq Mark Çukerberqin sosial şəbəkəsindən istifadəni dayandıracaqlar. “Meta”nın daxili araşdırmasına görə, yeniyetmələrin “TikTok” və ya “Snapchat”da olma ehtimalı daha yüksəkdir.

İnvestorlar başa düşəcəklər ki, “Meta” sürətlə gənc nəsli və müvafiq olaraq gələcək inkişaf potensialını – gəlirliliyini itirir. Bu səbəbdən şirkət bütün rəqiblərini almağa və metaserverinin yaradılmasına milyardlarla dollar sərmayə qoymağa qərar verib.

Bundan sonra “Facebook”un bazar dəyəri 30% azalacaq, ekspertlər Mark Çukerberqə bütün aktivləri ayrı-ayrı müəssisələr arasında paylamağı tövsiyə edirlər.

ABŞ-da konstitusiya böhranı

2020-ci il seçkiləri ABŞ-da insanların bu prosesə baxışını həmişəlik dəyişdirib. Buna görə də, respublikaçılar və demokratlar səsvermənin nəticələrinin təsdiqinə qarşı çıxacaqlar.

2022-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilərdə departament nümayəndələrinin siyahısı vaxtında formalaşdırmaq və bu səbəbdən görüşlərə başlamaq mümkün olmayacaq. Ekspertlərin sözlərinə görə, 2023-cü ilin əvvəlində ölkədə genişmiqyaslı konstitusiya böhranı baş verəcək.

Co Bayden hakimiyyətə “xüsusi sifariş”lə gələcək və dollar ucuzlaşacaq.

ABŞ-da inflyasiya səviyyəsi 15%-ə çatacaq

İnflyasiya, enerji böhranı və işçi çatışmazlığı ölkədə maaşların iki dəfə artmasına səbəb olacaq. 2023-cü ilin əvvəlinə qədər ABŞ-da inflyasiya İkinci Dünya müharibəsindən bəri ilk dəfə illik 15%-i keçəcək.

Eyni zamanda digər ölkələrin sakinləri əvvəlkindən daha çox hüquqlara malik olduqlarını başa düşəcəklər. Buna görə də, onlar daha yaxşı iş şəraiti, daha yüksək əməkhaqqı və məqsədyönlülük tələb edəcəklər.

Avropa İttifaqı pensiya yığımları hesabına Superfond yaradacaq

Fransa prezidenti Emmanuel Makron İtaliyanın baş naziri Mario Draqiyə regionda Superfondun yaradılmasını təklif edəcək. Onun üç fəaliyyət sahəsi olacaq – müdafiə, iqlim və təmiz enerjiyə keçid. Superfond yaşı 40-dan yuxarı olan vətəndaşların pensiyalarından tutulmalar hesabına maliyyələşdiriləcək.

Superfond populyar olacaq və Avropada gəlir vergisinin azaldılmasına gətirib çıxaracaq.

Qadın investorlar korporativ patriarxatı məğlub edəcəklər

“Reddit”də 2021-ci il hadisələrini təqlid edəcək bir qrup qadın treyder gender bərabərliyi sahəsində göstəriciləri zəif olan şirkətlərə koordinasiyalı hücuma keçəcək. Bu, onların səhmlərinin qiymətlərində dalğalanmalara səbəb olacaq.

Onlar şirkətlərdə ədalətsiz cins, irq, yaş və digər əlamətlərə görə ayrı-seçkiliyi, o cümlədən təhqiramiz halların aradan qaldırmağı məqsədlərinə çevirəcəklər. Qadın treyderlər “patriarxal” şirkətlərin səhmlərini satmağa başlayacaqlar, əldə etdikləri vəsaiti isə rəhbərin qadın olduğu şirkətlərə köçürəcəklər.

Dünyanın hər yerindən siyasətçilər onların fikirlərini və qərarlarını dəstəkləyəcəklər. Bundan əlavə, məmurlar köhnə baxışları olan və rəhbər vəzifələrində qadın olmayan şirkətlərə təzyiq göstərməyə başlayacaqlar. Bu, şirkət sahiblərinin səhvlərini düzəltmələri və zamanla ayaqlaşmaları üçün ediləcək.

Hindistan ərəb dövlətləri ilə ittifaqa girəcək

Hindistan Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına qoşulacaq. Bu, ölkəyə təhlükəsizliyini artırmağa, eləcə də investisiya cəlb etməyə imkan verəcək.

Hindistanın ərəb dövlətləri ilə ittifaqa girməsi sayəsində ölkə infrastrukturuna sərmayə qoymaq və kənd təsərrüfatını təkmilləşdirmək üçün geniş imkanlar açacaq.

“Spotify” biznesi NFT musiqi xidmətlərinin populyarlaşması fonunda çökəcək

İndi bütün musiqiçilər öz yaradıcılıqlarını NFT formasında paylaşırlar ki, bu da onlara “Spotify” və “Apple Music” kimi vasitəçilərdən yan keçməyə imkan verəcək. Onlar gəlirlərini real vaxt rejimində alırlar və pulun çox hissəsini axın xidmətlərinə vermək məcburiyyətində deyillər.

2022-ci ildə Keti Perri, Ceyson Derulo və “The Chainsmokers” musiqilərini NFT şəklində yükləyirlər. Digər ifaçılar da onların nümunəsini görərək, əsərlərini platformalardan götürürlər. Bu səbəbdən “Spotify” biznesi çökür – şirkət dəyərinin 33%-ni itirir. İnvestorlar, öz növbəsində, bunu podkastlar, filmlər və ümumilikdə bütün rəqəmsal yayım sənayesi üçün “pis əlamət” kimi görürlər.

Hipersəs texnologiyalarının inkişafı ilə yeni soyuq müharibə başlayacaq

2022-ci ildə hərbi sektorun aparıcı ölkələri arasında hipersəs texnologiyalarının kütləvi yarışı başlayacaq.

Hipersəs və kosmik texnologiyalar ABŞ və Çin arasında əməkdaşlıqda yeni mərhələ olacaq. Onlara həmçinin qabaqcıl hərbi texnologiyalara malik digər ölkələr – Rusiya, Hindistan, İsrail və Avropa İttifaqı da qatılacaq.

Tibb sahəsindəki nailiyyətlər ömür uzunluğunu 25 il artıracaq

2022-ci ildə tibdə sıçrayıb baş verəcək – hüceyrələr səviyyəsində prosesləri tənzimləyən və onların ömrünü uzada bilən preparatlar yaradılacaq. Bunun nəticəsində ömür uzunluğu 25 il artacaq.

DNT-nin redaktəsi ilə bağlı yeni tədqiqatlar yaşla bağlı sağlamlıq problemlərinə səbəb olan bir sıra xəstəlikləri müalicə edəcək.

Lakin bu məqamda bir sıra etik və maliyyə sualları ortaya çıxır. Bir adam orta hesabla 115 il yaşayacaqsa, pensiya sistemi necə olacaq? Bu qədər insanı doyurmaq üçün kifayət qədər yemək varmı? Və dərman hər kəs üçün əlçatan olmalıdırmı?

2020-ci ildə də “Saxo Bank” 2021-ci il üçün proqnozunu dərc etmişdi. Onda Danimarka bankı blokçeyn texnologiyalarının feyk (yalançı) məlumatlarla mübarizəni inkişaf etdirməyə kömək edəcəyini proqnozlaşdırmışdı.

Son xəbərlər
Oxşar xəbərlər