“Facebook”un kapitallaşması ilk dəfə 1 trln. dolları keçib

“Facebook”un səhmləri 28 iyun bazar ertəsi günü keçirilən ticarət sessiyasının sonunda 4.18% artaraq 355.64 dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Yahoo Finance” birja xidmətinin verdiyi məlumata görə, sosial şəbəkənin kapitallaşması 1.008 trilyon dollar olub. Qeyd edək ki, Mark Çukerberqin sahib olduğu bu şirkətin 1 trilyon dollar səviyyəsinə çatması 9 il çəkib.

Səhmlərin kəskin bahalaşması Federal Ticarət Komissiyasının məhkəməsi antiinhisar qaydalarının pozulması ilə əlaqəli iddianı rədd etdikdən sonra baş verib. Daha əvvəl “Nasdaq Composite” indeksi 14 500 bəndi keçərək tarixi rekord qırıb. Bu, aşağıdakı şirkətlər sayəsində mümkün olub:

– “Apple” (kapitallaşması 2.25 trilyon dollar);

– “Amazon” (kapitallaşması 1.74 trilyon dollar);

– “Microsoft” (kapitallaşması 2.02 trilyon dollar);

– NVIDIA (kapitallaşması 498 milyard dollar);

– “Facebook” (kapitallaşması 1.007 trilyon dollar).

Ötən həftə Bill Qeytsin qurduğu “Microsoft” korporasiyasının kapitallaşması ilk dəfə 2 trilyon dolları keçib. Eyni zamanda ötən cümə “S&P 500” 1.2 trilyon dollarlıq iki partiyalı infrastruktur investisiya müqaviləsi və FED-in gözləniləndən daha tez bir şəkildə narahatlığını azaltması sayəsində son iyirminin ən yaxşı həftəsini başa vurub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.