24 C
Baku
Monday, September 30, 2024

“Facebook”un Londondakı ofisləri koronavirusa görə bağlandı

Facebook” cümə günü Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən ofislərini müvəqqəti bağlayıb.

Bu barədə “Sky News” telekanalına istinadən xəbər verilir.

Bildirilir ki, üç min nəfərin işlədiyi ofislər işçilərin birində koronavirus aşkarlandığından sonra bağlanıb.

Qeyd edilir ki, koronavirusun aşkarlandığı işçi 24-26 fevralda Sinqapurda səfərdən sonra Londonda yerləşən ofislərin birində olub.

Ofislərdə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.  Report

Son xəbərlər
Digər xəbərlər