15 C
Baku
Friday, April 26, 2024

“Facebook”un rəhbəri qarşıdakı on il üçün proqnoz verib

“Facebook”un rəhbəri Mark Zukerberq qarşıdakı on il üçün proqnoz verib.

O, bu barədə rəhbəri olduğu sosial şəbəkədəki postunda yazıb.

“Dünyanın və həyatımın 2030-cu ilə qədər necə dəyişəcəyini düşünməyə qərar verdim. Ümid edirəm ki, 2030-cu ilədək milleniallar çox sayda qurumda rəhbər vəzifələr tutacaqlar. Növbəti on il ərzində “Chan Zuckerberg Initiative” təşkilatı gənc sahibkarlara, alimlərə və liderlərə kömək etməyə diqqət ayıracaq”, – M.Zukerberq yazıb.

“Facebook” rəhbərinin sözlərinə görə, yaxın 10 ildə yeni özəl sosial platforma yaradılacaq: “İnternet bizə böyük güc – hər kəslə hər yerdə ünsiyyət qurma imkanı verib. Bu, sərhədlərimizi olduqca genişləndirir. İndi milyardlarla insanın yaşadığı cəmiyyətin bir hissəsiyik”.

Həmçinin M.Zukerberq növbəti onillikdə yeni texnoloji platformanın – əlavə edilmiş reallıq cihazları, iri rəqəmsal cəmiyyətlərin idarə edilməsinin yeni formaları hesabına genişləndirilmiş imkanlı smartfonların meydana çıxacağını, kiçik biznesin isə böyük şirkətlərin imkanlarını, o cümlədən müxtəlif texnologiyalara çıxış imkanları əldə edəcəklərini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər