“Facebook” şirkətinin ümumilikdə 3 milyard dollarlıq səhmlərinə sahib olan iri investorlar sosial şəbəkələrin qurucusu Mark Zukerberqi İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırmaq və onu şirkətdəki hakimiyyətdən məhrum etmək niyyətindədir.
“Business Insider”ə istinadən, “Facebook” səhmdarları sosial şəbəkə yaradıcısının şirkəti idarə etmək prinsipindən narazıdırlar.
Onların fikrincə, M.Zukerqerqdən narazılıqları 2012-ci ildən – şirkətin hərraclara çıxdığı andan bəri ilk dəfə pik nöqtəyə çatıb. Ardıcıl qalmaqallardan – platformadan ABŞ-dakı seçkilərə təsir edilməsində istifadədən tutmuş “Cambridge Analytica” şirkəti tərəfindən istifadəçi məlumatlarının toplanmasının cəzasız qalmasına qədər – sonra aksionerlərin məyusluğu daha da artıb.
Narazı səhmdarlar hesab edirlər ki, şirkətin korporativ strukturu Zukerberqi icraçı direktor və İdarə Heyətinin sədri kimi toxunulmaz etdiyindən bütün problemlərə müvafiq reaksiya verilməyib.
REPORT