“Facebook”un tarixində ilk dəfə gəlirləri azalıb.
“Facebook”un da daxil olduğu “Meta” şirkətinin gəlirləri ötən rübdə 1% azalaraq 28.8 milyard dollar olub. Hesabat dövründə xalis mənfəət 36% azalaraq 6.7 milyard dollar təşkil edib.
Ekspertlərlə müzakirə zamanı şirkətin rəhbəri Mark Zükerberq bildirib ki, yaxın illərdə sərmayələr azaldılacaq, yeni işçi qəbulu minimuma endiriləcək.
Hazırda “Meta”nın dünya üzrə 84 000 işçisi var ki, bu da ötən ilkindən 32% çoxdur.
İqtisadi göstəricilər elan olunduqdan sonra şirkətin birjadakı səhmləri 4% ucuzlaşıb.