“Facebook”un texniki direktoru Mayk Şrepfer 2022-ci ildə istefa verəcək.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bildirildiyi kimi, Şrepferin yerini şirkətdə genişlənmiş və virtual reallıq şöbəsinin vitse-prezidenti Endrü Bosvort tutacaq.
Xatırladaq ki, Şrepfer “Facebook”a 2008-ci ildə qoşulub və beş il sonra – 2013-cü ildə şirkətin texniki direktoru vəzifəsinə təyin olunub. Onun vəzifələrinə süni zəka texnologiyalarının təşkilinə nəzarət daxil olub.
Son vaxtlar “Facebook” istifadəçilər tərəfindən yaradılan məzmuna nəzarət etmək, yalan məlumatların yayılması ilə mübarizə aparmaq və təhqiredici yazıları silmək üçün istifadə etdiyi süni zəka sisteminə görə təzyiqlərə məruz qalır.
“The Wall Street Journal” qəzetinin dərc etdiyi materiallardan sonra şirkətə təzyiqlər daha da güclənib. Xatırladaq ki, daha əvvəl nəşr “Facebook” sosial şəbəkəsinin administrasiyasının platformanın cinayət məqsədləri üçün istifadəsi ilə bağlı mesajlarına məhəl qoymadığını yazıb.
Bundan əlavə, sosial şəbəkədəki nəşrlərin keyfiyyətinə nəzarət sistemi geniş auditoriyaya malik olan bir sıra istifadəçilərə qaydaları pozan materiallar yerləşdirməyə imkan verir.
“Facebook” şirkətinin əsası 2004-cü il 4 fevral tarixində Mark Çukerberq və onun universitet yoldaşları tərəfindən qoyulub. Şirkətin qərargahı Menlo-Parkedə (Kaliforniya ştatı) yerləşir. “Facebook” həmçinin “Instagram” və “WhatsApp” şəbəkələrinə sahibdir.