13 C
Baku
Friday, March 29, 2024

“Faiz dərəcələri daha sürətli şəkildə azaldılmalıdır!”– Donald Tramp

 “ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini daha sürətli şəkildə endirməlidir”, – deyə prezident Donald Tramp öz Twitter səhifəsində bildirib.

Banker.az xəbər verir ki, “Daha üç mərkəzi bank faiz dərəcələrini aşağı salırlar. Bizim problemimiz Çin deyil, çünki həmşəkindən daha güclüyük. Bizim əsas problemimiz FED-dir, hansıki öz səhvini boynuna almaq istəmir (mən haqlı idim!). Onlar faiz dərəcəsini daha sürətli şəkildə endirməli, siyasəti sərtləşdirməli deyillər”, – Ağ evin rəhbəri yazır.

Onun sözlərinə görə, qeyri-peşəkarlıq dəhşətli bir şeydir.

“Biz onsuz da qalib olacağıq. FED başa düşməlidir ki, biz ABŞ-dan istifadə etməyə çalışan ölkələrlə rəqabət aparırıq”, – deyə prezident əlavə edir.

FED-in növbəti iclası 2019-cu ilin 18-19 sentyabr tarixlərində keçiriləcək.

CME Group-un verdiyi məlumata görə, analitikləri  67% düşünür ki, faiz dərəcələri 1,75-2% qədər və ya 25 punkt aşağı düşəcək.

 

Son xəbərlər
Digər xəbərlər