23 C
Baku
Tuesday, October 1, 2024

“Faiz dərəcələri həm əhali, həm də biznes üçün əhəmiyyətli olmalıdır”

“Ölkədə çox yüksək makroiqtisadi sabitlik hökm sürür. İnflyasiya tarixi olaraq ən aşağı səviyyədədir. Rübün yekunlarına görə də biz 2 faizlik inflyasiyaya nail ola bilmişik”.Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 Ölkədə faiz dərəcələrini aşağı salınması siyasətinə də aydınlıq gətirərək bildirib ki, “Məhz bazara belə siqnal ötürülür ki, ilin sonuna kimi davamlı makroiqtisadi sabitlik, aşağı inflyasiya proqnozlaşdırılır. Bazara göndərilən bu mesaj onunla əlaqədardır ki, faiz dərəcələri aşağı salınmalıdır. Faiz dərəcələri elə səviyyəyə salınmalıdır həm əhali, həm də biznes üçün əhəmiyyətli olsun”

Elman Rüstəmov həmçinin deyib ki, Mərkəzi Bank banklara kredit dərəcələrinin aşağı salınmasını tövsiyə edib.

O, bildirib ki, istehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyi üçün bank hərarəti yaranmışdı və bunu soyutmağa ehtiyac vardı: “Bu məqsədlə avtomobillərin alınması, o cümlədən istehlak kreditləri ilə bağlı qaydalar sərtləşdirilib, yeni avtomobillərlə bağlı ilkin ödənişin miqdarı artırılıb, eyni zamanda istehlak kreditləri üçün müraciət edən şəxslərdən iş yerindən arayış və digər sənədlərin istənilməsi, onların gəlirlərinin müəyyənləşdirilməsi tələbi qoyulub”.

Mərkəzi Bankın İdarə heyətinin sədri qeyd edib ki, əvvəllər banklar asan şərtlərlə, yüksək faiz dərəcələri ilə kreditlər veriblər. Yüksək faiz dərəcələri ilə kreditlərin verilməsi isə əhalinin ödəmə qabiliyyətinin yüksək olmaması ilə izah olunub: “İndi biz kredit dərəcələrinin aşağı salınması şərtini qoymuşuq. Bununla da bazarda kreditin alıcıları real ödəmə qabiliyyətinə malik müştərilər olacaq. Yəni banklar artıq əhalinin ödəmə qabiliyyətinin az olduğunu əsas gətirərək yüksək kredit dərəcələri tələb etməyəcəklər”.

Son xəbərlər
Digər xəbərlər