13 C
Baku
Friday, November 22, 2024

Faiz kapitallaşması ilə olan depozitlər nə deməkdir?

Faiz kapitallaşması ilə olan depozitlər dedikdə hesablanmış faizlərin kapitallaşması nəzərdə tutulur. Bank müəyyən edilmiş zamanlarda depozitin həcmi miqdarında faizlərin hesablanmasını həyata keçirir. Sonraki hesablamalar depozitin artan məbləğinə görə hesablanır. Çətin hesablamalar səbəbindən bu sxemi çətin faiz adlandırırlar.

İlk baxışdan faiz kapitallaşması ilə olan depozitlər daha sərfəli yatırım kimi görünür. Burada əsas problem ondadır ki, bankların əksəriyyətində kapitallaşma ilə olan vəsaitlər şərti sabit müddətli depozitlər ilə müqayisədə aşağı dərəcəli faizlər ilə cəlb olunur. Qaydalara görə, burada faizlər 0,5-1,0 həcmində olur.

Bu zaman yatırımcılar seçim etmək qarşısında qalırlar: depozitin ümumi həcminə faizləri əlavə etmək, yaxud onları cari hesaba və ya karta köçürmək. Burada müştərinin məqsədə uyğun seçimi bank tərəfindən təklif edilən şərtlərdən asılıdır. Bəzi maliyyə təşkilatları adi depozitlər üçün kifayət qədər yüksək faiz dərəcələri təklif edirlər ki, bu da nəticədə daha sərfəli olur.

Həmçinin qərar yığım strategiyasından da asılıdır. Faizlərin hesablanması ilə nəzərdə tutulmuş depozitləri seçən müştərilər uzun müddət ərzində bankdan öz vəsaitlərini götürməməyə hazır olmalıdırlar. Uzun müddətli faiz hesablanması ilə nəzərdə tutulmuş depozitlər maksimal qazanc perspektivi ilə kifayət qədər yüksək faiz dərəcələrinə sahibdirlər.

Lakin bu halda bir şeyi unutmaq lazım deyil ki, siz öz vəsaitlərinizi təcili olaraq bankdan götürməli olsanız hesablanmış faizlərin yarısını itirəcəksiniz. Hansı depozit növünə üstünlük verməyinizdən asılı olmayaraq düzgün maliyyə təşkilatını seçməyi unutmayın. Seçdiyiniz bnak kifayət qədər nəhəng bank olmalıdır və dövlət investisiyalı olması arzu olunan haldır.

Son xəbərlər
Digər xəbərlər