15 C
Baku
Saturday, April 27, 2024

Faizsiz işləyən banklarda vəsaitin cəlb olunması

Müəllif: Royal İmanlı
________________________________________

Faizsiz banklar bir sıra üsullarla müştərilərdən vəsait cəlb edirlər.

Klassik banklardan fərqli olaraq bu depozitlərə faiz ödəmirlər. Faizsiz banklarda aşağıdakı hesab növləri var:

Cari hesab

Faizsiz banklardakı cari hesab qısa müddətli ödəmə və pul köçürmələrindəki rahatlığı təmin etmək üçün yaradılan hesablardır.  Bu vəsaiti investisiya olaraq yerləşdirmək əsas məqsəd deyil. Lakin bu odəmək deyil ki, bank bundan istifadə edə bilməz. Bunun üçün müştəridən icazə alması məcburi deyil. Bura pul qoyanların əsas məqsədi pulun təhlükəsizliyini təmin etməkdir. Hesab sahibi bankın çek, ödəmə tapşırığı, ATM çekləri, telefon bankçılığı, səyahət çeki, debet kartı, ödəmə kartı və s. buna oxşar xidmətlərindən pulsuz yararlana bilərlər. Amma bu hər zaman mümkün olmur. Bankın apardığı siyasətdən asılıdır.

Bu hesabın faizsiz bankların özləri üçün də faydaları böyükdür. İştirak hesablarından qısa müddətdə böyük həcmdə pul götürüldüyü zaman müvəqqəti boşluğu cari hesabın vəsaitləri hesabına doldurmaq olar.

Cari hesabların xüsusiyyətləri bunlardır:
• Bu hesabdakı pul istənilən vaxt və istənilən miqdarda sahibi tərəfindən tələb oluna bilər;
• Hesab sahibinə heç bir faiz və ya mükafat verilmir;
• Bu vəsaitlə qazanılan puldan hesab sahibinə heç bir mənfəət payı verilmədiyi üçün, yarana biləcək zərərə görə də yalnız bank məsuliyyət daşıyır və öz hesabına bunu ödəyir;
• Cari hesab sahibləri vəsaitlərini birinci tələb etmək hüququ kimi imtiyaza sahibdirlər.

İnvestisiya hesabı

İnvestisiya hesabı müddətli depozitlərdir. İnvestisiya hesablarında əsas məqsəd vəsaitin hər hansı bir işə qoyulmasıdır. Müştəri ilə bank arasında bu vəsaitdən gələn gəlirə görə şəriklilik müqaviləsi imzalanır.
Bu hesabın klassik banklardakı müddətli depozitlərdən fərqi ondadır ki, buraya pul qoyan müştəri müddət bitdikdə nə qədər pul qazanacığını dəqiq bilmir.

Bu hesabların işləmə mexanizmi aşağıdakı kimidir:
Faizsiz bank müştəridən vəsaitləri qəbul edir. Müştərinin seçiminə uyğun olaraq 1 ay, 2 ay, 3 ay, 6 ay, 1 il və daha artıq müddətə pul bankda saxlanılır. Bu müddətlərə uyğun olaraq hovuz yaradaraq, cəlb etdiyi pulları burada qruplaşdırır.

Müştəri banka qoyduğu pulun miqdarına və müddətinə görə yaradılan “hovuzdan” əldə olunan gəlirə şərik olur. Bank hovuzdakı pulun hamısını birlikdə bir bütöv qəbul edib uyğun hissələrə ayıraraq ayrı-ayrı mühasibləşdirilir və istifadə olunur.

Bankın vəsaitin idarəedilməsindən yaranan mənfəət və zərərdən alacağı pay ölkədəki qanunvericilikdən aılıdır. Məsələn, Türkiyədə bu 20%-dir. Yerdə qalan 80%-i yaradılan hovuzun öhdəsinə verilir. Müddət bitdikdə müştəri başlanğıcda şərik olduğu nisbətdə hovuzdakı pula şərik olur və mənfəət payı alır.

Buna sadə nümunə gətirək: banka 7 müştəri pul qiymuşdur.Bunlardan 3-ü pulunu 3 aylıq, 4-ü isə 6 aylığına banka əmanət etmişlər.
1. Pulunu 3 aylığına banka qoyanlar: A – 3000 AZN, B – 2000 AZN, C – 5000 AZN.

2. Pulunu 6 aylığına banka qoyanlar: D – 1000 AZN, X – 2500 AZN, V – 2500 AZN, Z – 4000 AZN.
Bank iki hovuz yaradır. Hər iki hovuzun həcmi 10000 AZN-dir. Bunlardan birini 3 aylığına, digərini 6 aylığına planlaşdırır.
3 aylıq hovuzda A müştərisi 30 % (3000/10000), B – 20%, C – 50%, 6 aylıq hovuzda isə D – 10%, X – 25%, V – 25%, Z – 40% paya malikdir.
3 ayın sonunda bankın birinci hovuzdan 20%)3000 AZN gəlir götürdüyü müəyyən olunmuşdur. Bunun 600 AZN-i (3000 bankın mənfəəti sayılır. Yerdə qalan 2400 AZN müştərilərin hovuzdakı 30%),payına uyğun olaraq onlar arasında bölüşdürülür: A – 720 AZN (2400 B – 480 AZN, C – 1200 AZN qazanır.
6 aylıq hovuzdakı göstəricilər aşağıdakı kimi olur: Gəlir 4000 AZN-dir. Bank 800 AZN mənfəət götürür. 3200 AZN isə 4 müştəri arasında onların paylarına uyğun olaraq bölüşdürülür: D – 320 AZN, X – 800 AZN, V – 800 AZN, Z isə 1280 AZN pul qazanmış olur.*
İnvestisiya hesablarının xüsusiyyətləri aşağıdakılardır:
• Bu hesablar fiziki və hüquqi şəxslər üçün açılır;
• Hesablar müddətlərinə görə qruplaşdırılır və ayrı-ayrı hovuzlarda toplanır;
• Bu depozitlərin əsas vəsaitinin (qoyulan məbləğin) azalmasına və yaxud tamamilə bitməsinə gorə bank müştəri qarşısında heç bir məsuliyyət daşımır;
• Mudaraba müqaviləsinə əsasən açılır. Yəni, müqavilədə ən azı 3 tərəf iştirak edir: vəsait sahibi, bank və vəsaiti işlədən;
• Bu hesabların cari hesablardan əsas fərqlərindən biri də müştəridən hesabın açılması üçün minimum məbləğin tələb olunmasıdır.
İnvestisiya hesablarında gəlirə zəmanət verilmədiyi kimi qoyulan əsas vəsaitin də geri ödənilməsinə zəmanət verilmir. Bu itkinin qarşısını nisbətən almaq üçün bankda zəmanət fondu, xüsusi ehtiyat fondu və s. yaradıla bilər.
İnvestisiya hesabının strukturu aşağıdakı şəkildə göstərilmişdir :

1. Bank və müştəri mudaraba şərtlətini müzakirə edirlər. Müştəri banka vəsaitini qoyur;
2. Bank bu vəsaiti layihələrə qoyur və idarə edir;
3. Ya mənfəət, ya da ki zərər əldə olunur;
4. Əgər mənfəət əldə olunubsa, əvvəlcədən razılaşdırılmış nisbətdə müştəriyə pay ödənilir;
5. Əgər müştərinin səhvindən zərərə düşüblərsə, bunu həmin müştərinin qoyduğu vəsaitlə kompensasiya edirlər. Yəni, onun banka qoyduğu vəsaitdən həmin zərər silinir.

İnvestisiya hesablarının aşağıdakı növləri var:

– Ümumi investisiya hesabları;
– Xüsusi investisiya hesabları;
– Müddətli və müddətsiz investisiya hesabları.
Ümumi investisiya hesabları

Bu, ən çox istifadə olunan investisiya hesablarındandır. Müxtəlif fiziki və hüquqi şəxslərin vəsaitləri əsasında hovuz formalaşır. Lakin bu hovuzun vəsaiti hər hansı xüsusi layihənin reallaşdırılması üçün nəzərdə tutulmur. Bankın davam edən maliyyə əməliyyatının xərclərinə sərf olunur. Əldə olunan mənfəət hesabat dövrünün sonuna hesablanır. Bu üç ay, altı ay və ya bir il ola bilər.

Xüsusi investisiya hesabları

Bu hesablar ümumi investisiya hesablarına çox oxşardır. Yeganə fərq ondadır ki, müştəri belə bir hesab açdırmaq üçün minimum məbləği ödəməlidir. Bank hökümətdən və yaxud korporativ müştəridən pul cəlb edə bilər. İnvestisiyanın hara qoyulacağı və mənfəətin hansı nisbətdə bölünəcəyi əvvəlcədən razılaşdırılır.

Müddətli və müddətsiz investisiya hesabları

Müddətli investisiya hesabları – adından da göründüyü kimi müştəri ilə bankın arasında müəyyən olunmuş konkret vaxt daxilində yerləşdirilir. Müqavilənin müddəti bu dövrdə bitsə də, mənfəətin hesablanması və onun paylanması hesabat dövrünün sonunda həyata keçirilir.
Müddətsiz investisiya hesabları – konkret müddətin təyin olunmadığı depozitlərdir. Əgər müqavilənin dayandırılması üçün 3 ay ərzində xəbərdarlıq edilməsə müqavilə avtomatik yenilənir. Depozitin məbləğinə əlavələr edilə və yaxud oradan vəsait götürülə bilməz. Amma, müştəri iki və daha artıq hesab açdıra bilər. Mənfəət hesabat dövrünün sonunda hesablanır və müştərilərə paylanır.

Əmanət hesabı

Əmanət hesabları özündə həm cari hesabların, həm də investisiya hesablarının xüsusiyyətlərini özündə birləşdirir. Belə ki, burada cari hesablarda olduğu kimi müştəriyə hər hansı mənfəət payının ödənilməsi əvvəlcədən söz verilmir. Burada bankın fəliyyətinin nəticəsindən asılı olaraq müştəriyə “hədiyyə” verilə bilər. Lakin bu mütləq deyil. Həmçinin, hədiyyənin ödənilməsi üçün müştərinin banka qoyduğu depozit müəyyən olunmuş minimum məbləği keçməlidir.

Əmanət hesablarının xarakterik xüsusiyyətləri aşağıdakılardır:
• Kiçik əmanətlər (məbləğlər) toplanılır.
• İstənilən vaxt vəsait sahibi tərəfindən geri alına bilər.
• Bu hesablarda olan vəsaitlərlə kiçik layihələr maliyyələşdirilir.
• Hesab sahibinə bank bəzi imtiyazlar verir.
Bu hesabın sahibinin qarşısına bank üç yoldan birini qoyur:
a) Ya əmanət hesabı mənfəət-zərərə şərikli olmaq üçün investisiya hesabına keçirilir;
b) Bu hesabın bir hissəsi investisiya hesabına köçürülür, o biri hissəsi isə vəsait sahibinin ehtiyacı olduğu zaman çəkmək üçün əmanət hesabına köçürülür;
c) Ya da bankın zəmanəti altında qalır və heç bir mənfəət gətirməyən əmanət hesabına köçürülür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər