10 C
Baku
Saturday, December 21, 2024

Faktiki İllik Faiz Dərəcəsi (FİFD) nədir?

Faktiki İllik Faiz dərəcəsi (FİFD) hesablanması üçün kalkulyator

Son zamanlar ölkəmizdə kreditə olan tələbat artmışdır. Bununla əlaqədar olaraq əksər banklar və bank olmayan kredit təşkilatları (BOKT) əhalinin təcili pula olan tələbatının ödənilməsi məqsədi ilə müxtəlif cür üsullarla bank bazarında öz məhsullarını təqdim edirlər. Ən ön sırada duran məhsullardan biri də istehlak kreditləridir. Belə ki, istehlak kreditləri dedikdə müştərinin pula olan tələbatının ödənilməsi məqsədi ilə verilən nağd pul kreditləri başa düşülür. Bu kredit müştəriyə əsasən nağd şəkildə verilir (cari hesabına köçürülməklə) və müştəri bu məbləğlə öz istəyin uyğun olaraq təyinatı üzrə istifadə edir. Müştəri istehlak kreditini götürərkən ilk əvvəl baxır ki, banklar ona illik neçə faiz olmaqla kredit təklif edir və neçə ay müddətinə. Bu anda da banklar maksimum müddətlə minimum faizi müştəriyə söyləyirlər, lakin bu maksimum müddətə krediti əldə etmək üçün hansı tələblərin olmasını və minimum illik faizlə müştərinin kredit götürməsi üçün hansı tələblərə cavab verməsini ilk öncə söyləmirlər.

Bundan başqa bildiyimiz kimi hər bir bankda və bank olmayan kredit təşkilatlarında kredit sifarişinə baxılması və rəsmiləşdirilməsi üçün müəyyən komisyon haqlar vardır, bu haqlar 0,1%-7% arasında dəyişir. Bu rəqəm hətta bəzi hallarda 10%-ə də çata bilir (müəyyən şirkətlərin müqavilələri olduqda hətta kreditin rəsmiləşdirilməsi üçün faizlər olmur). Bundan əlavə bəzi bank və bank olmayan kredit təşkilatlarında isə kreditin alınmasına görə komissiyadan əlavə vəsaitin nağd çıxarılmasına görə əlavə komissiya da müştəridən alınır (0,1-2%).

Bunların hamısını nəzərə alanda son nəticədə görürük ki, bank təklif etdiyi faiz itkisindən əlavə müştərinin əlavə xərcləri çıxır, ancaq bunu müştəriyə söyləmirlər. Müştəriyə ancaq faktiki faiz itkisini söyləyirlər, yəni ki müştəri 1000 AZN krediti 12 ay müddətinə illik 30% etibarı ilə götürdüyü halda müştəri 12 ay ərzində hər ay bərabər olaraq (annuitet) 97,49 AZN kredit borcu ödəyir ki, bu məbləğin müəyyən hissəsi onun faiz borcu digər hissəsi isə əsas borcun bir hissəsini təşkil edir. Yekun nəticədə müştəri 12 ay üçün banka12*97.49 (AZN) = 1 169.88 (AZN) pul ödəyir. Bununla da müştəriyə 12 ay üçün itkisini söyləyirlər ki, 1169.88 – 1 000 = 169.88 (AZN) təşkil edir və effektiv olaraq 169.88/1000*100 = 16.99% itkiniz olur yəni effektivlik yuvarlaq olaraq 17% təşkil edir.

Lakin müştərinin bu 1000 AZN krediti götürərkən ödədiyi kreditin rəsmiləşdirilməsi və nağd vəsaitin çıxarılması üçün sərf etdiyi komissiya haqlarını itki kimi qeyd etmirlər. Bunların hamısını nəzərə alaraq və müştərilər krediti alarkən komissiya haqları da nəzərə alınaraq onlara hansı faiz dərəcəsi ilə banklar kredit təklif etdiklərini göstərmək üçün yeni termini tətbiq etdilər: FAKTİKİ İLLİK FAİZ DƏRƏCƏSİ (FİFD). Bu terminin məqsədi müştəri krediti götürərkən onun itirdiyi kreditə görə faiz və kreditin rəsmiləşdirilməsi üçün sərf etdiyi komissiya haqları öz yerini alır. Nəticədə hansı bank və bank olmayan kredit təşkilatları illik faizi aşağı lakin komissiya haqlarını yüksək edirlərsə onda bu özünü bilavasitə daha aydın FİFD-də göstərir. FİFD-in daha aydın izah edək

Müştəri 1000 AZN kredit sifariş edir və ona bildirirlər ki, illik 30% ilə 12 ay müddətinə veriləcək və aylıq ödənişləri 97.49 AZN olacaq yekunda faiz ödənişi 169.88 AZN təşkil edəcək. Lakin müştəriyə söyləmirlər ki, bu kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı 5 % və vəsaitin nağdlaşdırılması üçün komissiya 1% təşkil edir. Nəticə etibarı ilə müştəri əvvəlcədən 1000 AZN kredit üçün 50 AZN rəsmiləşdirilməsi haqqı və 10 AZN vəsaitin nağdlaşdırılması üçün rüsum ödəyir. Bunları nəzərə alaraq müştəriyə 940 AZNgötürür və bu məbləğ üçün aylıq ödənişi 97.49 AZN olur. FİFD də budur ki, hansı faizlə 940 AZN kredit veriləndə aylıq annuiteti 97.49 AZN edir. Bunu hesablayarkən biz görürük ki, bank FİFD-i nəzərə alsaq 42,45% təşkil edir. Nəticə etibarı ilə müştəri daha aydın görür ki, hansı bank ona daha ucuz təklif edir. Yəni faizin 1-2 % aşağı olması, lakin komissiya haqlarının yüksək olması heç də müştərinin az itkisi demək deyildir.

Lakin 1000 AZN 12 ay müddətinə illik 32% olsaydı və komissiya haqqı 1% və vəsaitin nağdlaşdırılması üçün komisyon haqqı 1% olsaydı yekun nəticədə FİFD 36% təşkil edəcəkdir buda yekun nəticədə müştərinin 28,24 AZN məbləğə qənaət etmiş olur.

FİFD-in hesablanması düsturu

1

Son xəbərlər
Digər xəbərlər