BOKT “Falcon Finance” MMC 700 min manat həcmində borc cəlb etməyi planlayır.
Bu barədə Banker.az BOKT-un emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə, BOKT hər biri 1000 manat nominal dəyərdə olan 700 ədəd manatda istiqraz buraxacaq.
İstiqrazların illik gəlirliliyi 14% təşkil edəcək.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un nizamnamə kapitalında hər biri 50% olmaqla Vüsal Tağıyev və Brilyant Salmanova arasında bölüşdürülür.