9 C
Baku
Thursday, December 12, 2024

“Falcon Finance” BOKT maya qoyulandan sonra hüquqi ünvanını da dəyişdi

Azərbaycanda fəaliyyət göstərən “Falcon Finance” MMC bank olmayan kredit təşkilatı qeydiyyat ünvanını dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, “Falcon Finance” BOKT hüquqi ünvanını Bakı şəhərinin Yasamal rayonundan Nərimanov rayonuna köçürüb.

Belə ki, buna qədər BOKT Bakı Yasamal rayonu, Zahid Xəlilov, ev 651 A, 593-cü məhəllə ünvanında qeydiyyatda idi. Bundan sonra isə Nərimanov rayonu, Əhməd Rəcəbli , ev 156 ünvanında hüquqi olaraq qeydiyyata alınıb.

Xatırladaq ki, “Falcon Finance” BOKT-un kapitalı 300 min manatdan 500 min manata qaldırılıb. Kapitalını Səxavət İmanov və Vüsal Tağıyev bərabər payla bölüşürlər.

Son xəbərlər
Digər xəbərlər