6 C
Baku
Saturday, December 14, 2024

“Falcon Finance” BOKT-un hesabatı açıqlandı

“Falcon Finance” MMC BOKT 2021-ci ili 119 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildə 17 min manat zərər etmişdir.

2021-ci ildə  “Falcon Finance”ın aktivləri 1 milyon 558 min manat olub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur. Bunun 1 milyon 420 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.  Belə ki, son 1 ildə BOKT-un kredit portfeli 3.2 dəfə böyüyüb.

Ötən il “Falcon Finance”ın öhdəlikləri 7 dəfə artaraq 1 milyon 57 min manata, balans kapitalı isə 31% artaraq 501 min manata çatıb.

Qeyd edək ki, BOKT-un hesabatında xalis mənfəət sözü yanlış olaraq zərər kimi qeyd edilir.

3233332321

Son xəbərlər
Digər xəbərlər