“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 27 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 40 min manat mənfəətlə çıxmışdı.
Banker.az bildirir ki, Ötən il “Falcon Finance”ın gəlirləri 36 min manat, xərcləri isə 63 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 369 min manat olub ki, bu da illik müqayisədə 24,1% azdır. Bunun 157 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 43,3% kiçilib.
Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 23,1% azalaraq 10 min manata, balans kapitalı isə 24,1% artaraq 359 min manata düşüb.
©Renkinq.az