Famil Mustafayev Ali Attestasiya Komissiyasının sədri təyin edilib

Prezident İlham Əliyev Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Banker.az-ın məlumatına görə, Famil Front oğlu Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, F.Musayev 2018-ci il sentyabrın 3-dən bu təyinatadək Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini icra edən sədr müavini idi.

Son xəbərlər
Digər xəbərlər