2025-ci ildə qlobal ərzaq qiymətləri indeksi əvvəlki illə müqayisədə 4,3 faiz artıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Bildirilir ki, ötən il bitki yağı və süd məhsullarının qiymətlərindəki artımlar taxıl və şəkər tozu qiymətlərindəki azalmaları kompensasiya edib. Dekabr ayında isə qlobal ərzaq qiymətləri indeksi noyabrla müqayisədə 0,6 faiz, 2024-cü ilin müvafiq ayına nisbətən isə 2,3 faiz azalaraq 124,3 bənd təşkil edib.
Dekabrda şəkər tozu qiymət indeksi 2,4 faiz, taxıl qiymət indeksi 1,7 faiz artıb. Taxıl qiymət indeksi 2020-ci ildən bəri ən aşağı illik orta səviyyəyə düşüb. Bitki yağı qiymət indeksi isə 0,2 faiz azalaraq son 6 ayın ən aşağı səviyyəsinə enib.
Hesabat ayında süd məhsulları qiymət indeksi 4,4 faiz, ət məhsulları qiymət indeksi 1,3 faiz azalıb.







