Nəzarət tədbirləri çərçivəsində “Farmvet” MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik “Trim/Sul 80/400 Oral Suspenziya” baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.